Reklam
Reklam

Etimologiya lüğəti

güləşmək

Dilimizin qədim dövründə “qoçaq”, “alp” mənalarını verən kür sözü olub (indi mənasını bir qədər dəyişib, “nadinc” anlamını əks etdirir). Həmin sözdən kürə feili əmələ gəlib (yaş-a-maq qəlibi üzrə güz-ə-mək feili olub və “payızlamaq” mənasında işlədilib), şəkilçisi isə qarşılıq növü bildirir. Güləşmək kəlməsini bəzən güc sözü ilə əlaqələndirirlər, səhvdir. Deyim də olub: qızla gürəşmə, atla yarışma. Gürəşmək sözü mənbələrdə “сражаться” anlamında açıqlanıb. Gü­ləş­mək (əsli: gürəşmək) “qoçaqlığını büruzə vermək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti