Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

gülləməx'1

Ağdam, Füzuli, Şamaxı

Təndir çörəyinin üzündə yanıq qabarcıqlar əmələ gəlmək.  Bir təndir çörəyin hamısı güllədi (Ağdam); Çörəyim güllədi (Füzuli).

gülləməx'2

Ağdam, Bərdə, Mingəçevir, Zəngilan

Baramaqurduna veriləcək yarpağın çubuqlarının odun hissəsini kəsib atmaq.  Yarpaxları güllə, so:ra qəyit dəriz bağla (Zəngilan).

Azərbaycan dilinin dialektoloji lüğəti