Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

gülmək [gülməx'] feil

1. Müəyyən bir hiss nəticəsində (məs.: sevindikdə, şənləndikdə, gülməli və ya mənasız bir şey gördükdə), habelə bəzi əsəb sarsıntıları anında xarakterik səslər çıxararaq öz duyğusunu bildirmək. □ Ucadan gülmək.

2. İstehza etmək, ələ salmaq, masqaraya qoymaq, lağ etmək. □ Gülmə qonşuna, gələr başına. (Atalar sözü).

3. Məcazi mənada: xoş bir xəbərdən, yaxşı bir hadisədən sevinmək, şadlanmaq.

4. Sevinc ifadə etmək. □ Üzündə güllər oynadı.

Həmçinin bax:

frazeologizm: bəxti üzünə gülmək frazeologizm: bığının altından gülmək frazeologizm: bir deyib beş gülmək frazeologizm: bişmiş toyuğun gülməyi gəlir frazeologizm: divar çatlağına gülmək frazeologizm: dodaq altından gülmək frazeologizm: gözləri gülmək frazeologizm: taleyi üzünə gülmək frazeologizm: ulduzu üzünə gülmək frazeologizm: üzü gülmək frazeologizm: yorğun eşşəyə gülmək Azərbaycan dilinin izahlı lüğəti