Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

günülük [günülüx'] isim

1. Köhnə məişətdə: bir kişinin iki və ya bir neçə arvadı arasındakı münasibət. □ İki arvad almışdı ki, onlardan biri günülüyə davam etməyib o dünyaya köçmüşdü. (Ə.Haqverdiyev).
2. Özünü günü kimi aparma; yola getməmə. □ Zəif, naxoş arvada nəinki günülük etməzdi, hətta bir az da hörmət edərdi. (N.Nərimanov).
3. Köhnə məişətdə: birinci arvadın üstünə alınan ikinci və ya üçüncü arvad. □ Günülüyü ilə yola getməmək.

Azərbaycan dilinin izahlı lüğəti