1. Rəqəmlərdən sonra gələrək işin neçə gündə görüləcəyini və ya görülə biləcəyini, yaxud şeyin neçə günə çata biləcəyini və s. bildirir. □ Bir günlük iş.
2. Sifət kimi: hərgünkü. □ Qəzetin günlük nömrələri.
3. Bəzi baş geyimlərinin qabaq tərəfinə alnın üzərinə düşən hissəsinə tikilən yarımdairəvi dəri, karton və s. parçası. □ Boynunda ala-bəzək qalstuk, başında günlüyü uzun kepka var idi. (İ.Əfəndiyev).
4. Günəşdən, yağışdan qorunmaq üçün əllə baş üstündə tutulan çətir; zont. □ Günlük altında dayanmaq.
5. Günəş düşən yer, günəş şüalarının işıqlandırdığı yer. □ Günlükdə çadır qurmaq.
6. Məcazi mənada: həyat, ömür, yaşayış, dolanacaq, güzəran. □ Günlüyü yaxşı keçmək.
Azərbaycan dilinin izahlı lüğəti