gəlmək [gəlməx'] feil
1. Hərəkət edərək, yeriyərək bir yerə varmaq, çatmaq, yetişmək; üzü danışana tərəf hərəkət etmək, yerimək, yaxınlaşmaq; nəqliyyat vasitəsilə bir yerə varmaq, çatmaq; böyük bir məsafə qət edərək bir yerə çatmaq, yetişmək, varid olmaq. □ Evə gəlmək. Məktəbə gəlmək. Atlılar gəlir. Qatarla gəlmək. Ankaraya gəlmək.
2. Kütləvi şəkildə, axınla hərəkət edərək bir yerdə dayanmaq, məskən salmaq, yerləşmək. □ Yaylağa gəlmək.
3. Eşidilmək, hiss olunmaq, çatmaq. □ Arvad səsi gəlməyən yer biyabandır. (C.Məmmədquluzadə).
4. Çəkisi olmaq, ağırlığı olmaq. □ Qarpız nə qədər gəldi?
5. Görünmək, oxşamaq, təsəvvür edilmək. □ Uzaqdan döyüş asan gələr.
6. Ərə getməyə razı olmaq, birini xoşlayıb ona ərə getmək, evlənmək. □ İndi, görəsən, qız bilsə ki, mən doğrudan da arşın mal satanam, mənə gələrmi? (Ü.Hacıbəyov).
7. Yaxınlaşmaq, yetişmək, çatmaq. □ Qış gəlmişdi. Yaz gəlir.
8. Yağmaq. □ Qar gəlir. Dolu gəlir.
9. Təyin olunduğu yerə yetişmək, çatmaq (göndərilən şey haqqında); xəbər, şayiə, məlumat haqqında. □ Bugünkü qəzetlər hələ gəlməyib. Xəbər gəldi.
10. Daxil olmaq, girmək, bir yerə yığışmaq. □ Evinizə gəlmək olarmı? (C.Cabbarlı).
11. Cütləşməyə meyil etmək. □ Qoça gəlmək (qoyun haqqında). Təkəyə gəlmək (keçi haqqında).
12. Acımaq, turşumaq, yetişmək (xəmir haqqında). □ Xəmir gəldi.
13. Məcazi mənada: zahir olmaq, görünmək; qaplamaq, çulğalamaq. □ Üzünə sarılıq gəlmək.
14. Törəmək, nəşət etmək, çıxmaq. □ Onun bu xasiyyəti atasından gəlir.
15. Bir şeyin vətənini, hasil olduğu və ya gətirildiyi yeri göstərir. □ Bizə xına Irandan gəlir.
16. Qoşulmaq, birləşmək. □ Türk dillərində şəkilçilər sözlərin axırına gəlir.
17. Meydana gəlmək, hasil olmaq. □ İşləməkdən adama heç bir zərər gəlməz.
18. Axmaq, cərəyan etmək (qaz və mayelər haqqında). □ Qaz yaxşı gəlir. Burnundan qan gəlir.
19. Çıxmaq, görünmək. □ Pəncərədən işıq gəlir.
20. Görünmək, sanılmaq, təsəvvür edilmək □ Bu sözlər mənə yalan kimi gəlir.
21. Yaramaq, münasib olmaq. □ Bu mənim işimə gəlməz.
22. Yetişmək, bərabər olmaq, uyğun olmaq. □ Paltar əynimə yaxşı gəlir.
23. Bir şeyin nəticəsi olmaq, bir şeydən yaxud bir şeyin nəticəsində törəmək, doğmaq, nəşət etmək. □ Bunlar hamısı işi yaxşı bilmə- məkdən gəlir.
24. Feili bağlama kimi tərkib daxilində işlənir. □ Gəlib-yetişmək. Gəlib çatmaq. Gəlib çıxmaq. Gəlib ötmək.
25. “Gəl”, “gəlin” – bir işə dəvət mənasında xitab kimi işlənir. □ Gəl sabahkı işlərimizdən danışaq.
26. Əmr formasında: gəl – məsləhət, xahiş bildirir. □ Sən gəl, bu işə qarışma.
27. “Gələk” şəklində – keçək, qayıdaq. □ Allaha and olsun ki, burda heç bir günah iş yoxdur... Qərəz, gələk mətləb üstünə! (Ə.Məmmədxanlı).
28. “Gəldikdə” şəklində – ...haqqında danışmaq lazımsa. □ Səba xanımın iş düzəltməsinə gəldikdə, onun nə oyun oynamaq istədiyi mənim üçün aydındır. (M.S.Ordubadi).
29. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir. □ Gözə gəlmək, dilə gəlmək, cana gəlmək, həyəcana gəlmək, ağlına gəlmək.
Həmçinin bax:
frazeologizm:
acığı gəlmək
frazeologizm:
adama gəl-gəl deyir
frazeologizm:
adı qara gəlmək
frazeologizm:
adını tutub gəlmək
frazeologizm:
ağır gəlmək
frazeologizm:
ağır oturub batman gəlmək
frazeologizm:
ağız-ağıza gəlmək
frazeologizm:
ağlı başına gəlmək
frazeologizm:
ağlına belə gəlməzdi
frazeologizm:
ağlına da gəlməzdi
frazeologizm:
ağlına gələni danışmaq (demək)
frazeologizm:
ağlına gələni etmək
frazeologizm:
ağlına gəlmək (gətirmək)
frazeologizm:
ağzı dada gəlmək
frazeologizm:
ağzından qan iyi gəlmək
frazeologizm:
ağzından süd iyi gəlmək
frazeologizm:
anadan əmdiyi süd burnundan gəlmək
frazeologizm:
ar gəlmək
frazeologizm:
arxası yerə gəlmək (dəymək)
frazeologizm:
astarı üzündən baha gəlmək
frazeologizm:
atın tərs yəhərli gəlsin
frazeologizm:
avazın yaxşı gəlir, oxuduğun Quran olsa
frazeologizm:
ayağına getmək (gəlmək)
frazeologizm:
aybına gəlmək
frazeologizm:
aydan gəlmək
frazeologizm:
bab gəlmək
frazeologizm:
badalaq gəlmək (vurmaq)
frazeologizm:
baha başa gəlmək
frazeologizm:
barıt qoxusu gəlmək
frazeologizm:
başa gəlmək
frazeologizm:
başabaş gəlmək
frazeologizm:
baş-başa gəlmək
frazeologizm:
başına hava gəlmək
frazeologizm:
başına iş gəlmək
frazeologizm:
başına qəza gəlmək
frazeologizm:
bayramı qara gəlmək
frazeologizm:
bəd gəlmək
frazeologizm:
bədə tuş gəlmək
frazeologizm:
bəxti qara gəlmək
frazeologizm:
bənizinə qan gəlmək
frazeologizm:
bəyanə gəlmək
frazeologizm:
bir araya gəlmək
frazeologizm:
bişmiş toyuğun gülməyi gəlir
frazeologizm:
boğazı gəlmək
frazeologizm:
burnundan gəlmək
frazeologizm:
burnundan piltə-piltə gəlmək
frazeologizm:
cana gəlmək
frazeologizm:
canı ağzına gəlmək
frazeologizm:
canı boğazına yığılmaq (gəlmək)
frazeologizm:
canına yazığı gəlməmək
frazeologizm:
cuşa gəlmək
frazeologizm:
çay gəlməmiş çırmanmaq (soyunmaq)
frazeologizm:
çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu
frazeologizm:
dağdan gəlib bağdakını qovmaq
frazeologizm:
daş qayaya rast gəlib
frazeologizm:
daşlar dilə gəldi
frazeologizm:
deməyə dili gəlməmək
frazeologizm:
deyib gəlmək
frazeologizm:
dədəsi də gəlsə ...
frazeologizm:
dəmi gəlmək
frazeologizm:
dilə gəlmək
frazeologizm:
dili gəlməmək
frazeologizm:
dilinə gəlmək
frazeologizm:
dilinin ucuna gəlmək
frazeologizm:
dinə-imana gəlmək
frazeologizm:
doqquzluq gəlmək
frazeologizm:
dov gəlmək
frazeologizm:
döş-döşə gəlmək (durmaq)
frazeologizm:
döşünə süd gəlmək
frazeologizm:
dünyaya gəlmək
frazeologizm:
düz gəlməmək
frazeologizm:
elçi elçi üstündən gəlmək
frazeologizm:
eşqə gəlmək
frazeologizm:
evdə bişməyib, qonşudan gəlməyib
frazeologizm:
eybinə gəlmək
frazeologizm:
eyninə gəlməmək
frazeologizm:
əcəli gəlmək (yetmək)
frazeologizm:
əfi ilana rast gəlmək (olmaq)
frazeologizm:
ələ gəlməmək
frazeologizm:
əli gəlməmək
frazeologizm:
əlimin içindən gəlir
frazeologizm:
əlindən gəlmək
frazeologizm:
əlindən zara (zinhara) gəlmək
frazeologizm:
əlinə pul gəlmək
frazeologizm:
əlinin içindən gəlmək
frazeologizm:
əmələ gəlmək
frazeologizm:
ərsəyə gəlmək
frazeologizm:
əsəri gəlmək
frazeologizm:
ətə-cana gəlmək
frazeologizm:
ətə-qana gəlmək
frazeologizm:
Əzraillə burun-buruna gəlmək
frazeologizm:
fələk gəlsə də
frazeologizm:
fələyin qəzəbinə gəlmək
frazeologizm:
fırıldaq gəlmək
frazeologizm:
fikrə gəlmək
frazeologizm:
fikrinə gəlmək
frazeologizm:
gəl-gəl deyir
frazeologizm:
gəliş gəlmək
frazeologizm:
gözə gəlmək
frazeologizm:
göz-gözə gəlmək
frazeologizm:
gözünə çimir gəlməmək
frazeologizm:
gözünə işıq gəlmək
frazeologizm:
gözünə qara su gəlmək
frazeologizm:
gözünə pərdə gəlmək
frazeologizm:
gözünün qabağına gəlmək (gətirmək)
frazeologizm:
güc gəlmək
frazeologizm:
gümanı gəlmək
frazeologizm:
günüqara gəlmək
frazeologizm:
hala gəlmək
frazeologizm:
hasilə gəlmək
frazeologizm:
havası gəlmək
frazeologizm:
heyfi gəlmək
frazeologizm:
heyrətə gəlmək
frazeologizm:
həcdən gələn mən, xəbər verən bu
frazeologizm:
hədə-qorxu gəlmək
frazeologizm:
hər ağızdan bir avaz gəlir
frazeologizm:
hərbə-zorba gəlmək
frazeologizm:
hərəkətə gəlmək
frazeologizm:
hərənin ağzından bir avaz gəlir
frazeologizm:
həyəcana gəlmək
frazeologizm:
hiylə gəlmək (işlətmək)
frazeologizm:
huşa gəlmək
frazeologizm:
huşu başına gəlmək
frazeologizm:
xala, xala, gəl dalaşaq
frazeologizm:
xandan gəlmiş nökərəm, dinmə, dişlərini tökərəm
frazeologizm:
xeyir gələn yerə papaq (barmaq) tıxamaq
frazeologizm:
xəbəri üstünə gəlmək
frazeologizm:
xələl gəlmək
frazeologizm:
xəyalına gəlmək (gətirmək)
frazeologizm:
xox gəlmək
frazeologizm:
xoş gəlmək
frazeologizm:
xoşa gəlmək
frazeologizm:
xoşuna gəlmək
frazeologizm:
imana gəlmək
frazeologizm:
imana-dinə gəlmək
frazeologizm:
inanmağı gəlməmək
frazeologizm:
insafa gəlmək
frazeologizm:
ipə-sapa yatmamaq (gəlməmək)
frazeologizm:
irəli gəlmək
frazeologizm:
işığa gəlmək
frazeologizm:
işıq gələn yerə barmaq tıxamaq
frazeologizm:
işinə gəlmək
frazeologizm:
it gəldi, örkən apardı
frazeologizm:
kara gəlmək (yetmək)
frazeologizm:
karına gəlmək
frazeologizm:
keçiləri gəlmək
frazeologizm:
kefi durmaq (gəlmək)
frazeologizm:
kəf gəlmək
frazeologizm:
kələk gəlmək
frazeologizm:
kəllə-kəlləyə gəlmək
frazeologizm:
kirdarı gəlməmək
frazeologizm:
kündəsi küt getmək (gəlmək)
frazeologizm:
kürəyi yerə gəlmək
frazeologizm:
qan iyi gəlmək
frazeologizm:
qara ilana rast gəlmək (olmaq)
frazeologizm:
qara-qorxu gəlmək
frazeologizm:
qənaətə gəlmək
frazeologizm:
qərara gəlmək
frazeologizm:
qərarı gəlməmək
frazeologizm:
qırmızı gülləyə tuş gəlmək
frazeologizm:
qulağının dibindən halva iyi gəlir
frazeologizm:
ləzgihəngi gəlmək
frazeologizm:
meydana gəlmək
frazeologizm:
Məkkədən gələn mən, xəbər verən bu
frazeologizm:
məqamı gəlmək (yetişmək)
frazeologizm:
məscidin qapısı açıqdır, itin abrına nə gəlib
frazeologizm:
mətləb üstə gəlmək
frazeologizm:
molla gəlmişkən ölən ölsün
frazeologizm:
nə badağa gəlir, nə hodağa
frazeologizm:
nəfəsi gəlmək
frazeologizm:
nəfsinə qalib gəlmək
frazeologizm:
nəticəyə gəlmək
frazeologizm:
nəzərə gəlmək
frazeologizm:
nişana gəlmək
frazeologizm:
nömrə gəlmək
frazeologizm:
o dünyanı görüb gəlmək (qayıtmaq)
frazeologizm:
od almağa gəlib
frazeologizm:
ortaq məxrəcə gəlmək
frazeologizm:
ödü ağzına gəlmək
frazeologizm:
öhdəsindən gəlmək
frazeologizm:
ölçüyə gəlməmək
frazeologizm:
ölümü gəlmək
frazeologizm:
ömrü-günü qara gəlmək
frazeologizm:
özümə nə gəlib?
frazeologizm:
özünə gəlmək
frazeologizm:
özünə həkk gəlmək
frazeologizm:
pis nəfəsə gəlmək
frazeologizm:
pisinə gəlmək
frazeologizm:
rast gəlmək
frazeologizm:
rəhmə gəlmək
frazeologizm:
rəhmi gəlmək
frazeologizm:
rəngə-ruha gəlmək
frazeologizm:
rəngi özünə gəlmək
frazeologizm:
ruha gəlmək
frazeologizm:
ruzigarı qara gəlmək
frazeologizm:
saqqal dalınca gedib bığı da qoyub gəlmək
frazeologizm:
səsi ağır gəlmək
frazeologizm:
səsi quyunun dibindən gəlmək
frazeologizm:
səsi özünə xoş gəlir
frazeologizm:
söz gəlmək
frazeologizm:
sözləri çəp gəlmək
frazeologizm:
sözləri düz gəlmək
frazeologizm:
sözü düz gəlmək
frazeologizm:
suyuşirin gəlmək
frazeologizm:
şahmar ilana rast gəlmək
frazeologizm:
şeytana kələk (kəf) gəlmək
frazeologizm:
şeytanın da ağlına gəlməz
frazeologizm:
şələni qoy, gəl dalaşaq
frazeologizm:
tamah güc gəlmək
frazeologizm:
tanış gəlmək
frazeologizm:
təbi gəlmək
frazeologizm:
tələ yiyəsi gəlmək
frazeologizm:
təngə gəlmək
frazeologizm:
təzə gəldi bazardan, köhnə düşdü nəzərdən
frazeologizm:
tuş gəlmək
frazeologizm:
uğuruna çıxmaq (gəlmək)
frazeologizm:
ürəyi ağzına gəlmək
frazeologizm:
ürəyi gəlməmək
frazeologizm:
ürəyi yerinə gəlmək
frazeologizm:
ürəyinə gəlmək
frazeologizm:
ürəyinə qara fikirlər gəlmək
frazeologizm:
ürəyinə qara-qura gəlmək
frazeologizm:
ürəyinə təpər gəlmək
frazeologizm:
üstün gəlmək
frazeologizm:
üzü astarından baha başa gəlmək (çıxmaq)
frazeologizm:
üzü gəlməmək
frazeologizm:
üz-üzə gəlmək
frazeologizm:
vecə gəlmək
frazeologizm:
vəcdə gəlmək
frazeologizm:
yazığı gəlmək
frazeologizm:
yediyi burnundan gəlmək
frazeologizm:
yeri gəlmək (düşmək)
frazeologizm:
yeri gəlmişkən
frazeologizm:
yersiz gəldi, yerli, qaç
frazeologizm:
yola gəlmək
frazeologizm:
yumurtası tərs gəlmək
frazeologizm:
zara gəlmək
frazeologizm:
zarafat gəlməsin
frazeologizm:
zavala gəlmək
frazeologizm:
zavala gəlməmək
frazeologizm:
zinhara gəlmək
frazeologizm:
zor gəlmək
zərf:
necə gəldi
Azərbaycan dilinin izahlı lüğəti