Reklam
Reklam

Etimologiya lüğəti

gavalı

Gav farsca “inək” deməkdir (gavmış isə “camış”dır). İlk baxışda güman et­mək olar ki, bu meyvə “inək yemi” (meyvəsi) deməkdir. Amma mənbələrdə onun qa­ra alı forması da var. Görünür, qara sözü təhrif olunub və gav şəklinə düşüb (qərb dialektlərində buna göyəli də deyilir). Görünür, rənginin göy olması, gö­yəmə bənzəməsi ilə bağlıdır. Gavalı sözünün qədim forması qara ərik kimi olub (ərik çə­yirdəkli meyvələrin ümumi adını əks etdirib). Alı fars dilində çəyirdəkli meyvə­lə­rin ümumi adıdır. Слива sözü də latınca “синоватый” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti