lat. geckonidae
Sürünənlər sinfinin pulcuqlular dəstəsinin fəsilələrindən biri.
Bədəninin uzunluğu 30 sm-ə çatır. Dünyanın tropik və subtropik regionlarında 480 növü əhatə edən 70 cinsi məlumdur. Azərbaycanda 1 növü – Xəzər G. yaşayır. Bu növ kərtənkələyə bənzəyir. Respublikanın Abşeron, Salyan Mingəçevir, Yevlax, Goranboy və başqa bölgələrində yayılmışdır.
Biologiya terminlərinin izahlı lüğəti