Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

gilə [gilə] isim

1. Üzümün, narın və s. meyvələrin hər bir dənəsi. □ Qarağat giləsi.
2. Damla, damcı. □ Bir gilə su. Yaş giləsi.
3. Gözün qüzeh qişasında olan və oradan gözün içinə işıq daxil olan kiçik deşik. □ Musa kişi dərinlərə getmiş, təkcə giləsi işıldayan gözlərini qırpdı. (M.İbrahimov).
4. Məmənin ucu. □ Döşün giləsi.

Azərbaycan dilinin izahlı lüğəti