1. Odlu silahlarda: alt hissəsində barıt və yandırıcı maddə, yuxarı hissəsində isə güllə və ya mərmi yerləşən altı bağlı silindrik borucuq. □ Deyib göstərdi o, iki berdanı; içində gilizi, üstündə qanı. (H.K.Sanılı).
2. Papirosun, içi tütünlə doldurulan kağız patronu. □ Giliz doldurmaq. Giliz qutusu.