ing. GRP, Gross Rating Point – ümumi reytinq göstəricisi
Reklam təsirinin miqyasını – onu izləmiş televiziya auditoriyanın ölçüsünü müəyyənləşdirən marketinq göstəricisi.
GRP reklam nümayiş etdirilən zaman ekran qarşısında olan tamaşaçıların auditoriyanın ümumi sayına nisbətinə görə faizlə hesablanır. Çox vaxt media professionalları GRP anlayışının əvəzinə eyni məna kəsb edən TRP [ti-ar-pi] terminindən istifadə edirlər. TRP (target rating points) ingilis dilindən tərcümədə «məqsədli reytinq göstəricisi» deməkdir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti