Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

hücum [hücum] isim ərəb

1. İrəliləmək məqsədilə qoşunların düşmənə qarşı apardığı Hərb əməliyyat; həmlə. □ Cəbhə boyu hücum. Hücumun qabağını almaq.
2. Ələ keçirmək, yaxud xəsarət yetirmək və s. üçün üzərinə atılma, basqın. □ Silahlı hücum. Quldurların hücumu.
3. İttihamla, yaxud qərəzlə birinin üstünə düşmə, ağır sözlərlə üzərinə həmlə etmə. □ Keflilik İskəndəri Şeyx Nəsrullahın fitvalarından, avamın hücumundan qoruyur, ölümdən saxlayır. (M.İbrahimov).
4. Məcazi mənada: özünə tabe etmək və ya qarşısını almaq üçün göstərilən ciddi fəaliyyət, əməliyyat. □ Çəyirtkəyə qarşı hücum.
5. İdman. Futbol, hokkey, şahmat və s. oyunlarda: xal qazanmaq üçün daha fəal hərəkətə keçmə, irəliləməyə çalışma, mübarizəni gərginləşdirmə, rəqibi sıxışdırma. □ Mərkəz hücumçusunun hücumu. Boksçunun gözlənilməz hücumu.

Həmçinin bax:

frazeologizm: hücum çəkmək frazeologizm: hücuma keçmək Azərbaycan dilinin izahlı lüğəti