1. Bacarıq, məharət, ustalıq, qabiliyyət, fərasət. □ İgidə hünərinə görə ad verərlər. (Atalar sözü).
2. Çətin şəraitdə mühüm bir işi, tədbiri, tapşırığı həyata keçirmək üçün rəşadət, şücaət, qoçaqlıq, fədakarlıq. □ Aləmə bəlli hünərim; Çənlibeldə dəlilərim; Mərd igidə peşkəş sərim; Qaçırtmaz meydandan məni. (“Koroğlu”).
3. Klassik ədəbiyyatda sənətkarlıq, ustadlıq, istedad mənalarında işlənmişdir. □ Alimin ki özündə yoxdur hünər; Eləməz bir kəsə kəlamı əsər. (S.Ə.Şirvani).
Həmçinin bax: