Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

həll1 [həll] isim ərəb

1. Ətraflı fikirləşib düşündükdən sonra çətin və ya dolaşıq bir məsələ haqqında bu və ya digər nəticəyə, qərara gəlmə, ona cavab tapma. □ Problemin həlli.
2. Həyata keçirmə (keçirilmə), yerinə yetirilmə. □ Məsələnin qoyuluşu, müzakirəsi və həlli elə gəlib yetişmişdi ki, burada hiylə olduğunu heç kəs güman etməzdi. (Mir Cəlal).
3. Axtarılan rəqəmi, cavabı və s. tapma. □ Krossvordun həlli. Tənliyin həlli.

həll2 [həll] isim ərəb

1. Bir cismin və ya mayenin suda və ya başqa maye içərisində öz tərkibini pozub onunla qarışması, onun içində əriməsi.

2. Sifət kimi: çox yetişmiş, dəymiş və ya çox bişmiş; yumşaq. □ Həll pomidor.

Azərbaycan dilinin izahlı lüğəti