1. Qılınc, tapança və s. silah asmaq üçün çiyindən aşırılan qayış; çiyin qayışı. □ Misri qılınc həmaildi belində; Geyər hər vaxt al-qumaşı Koroğlu. (“Koroğlu”).
2. Boyundan asılan, üzəri piləklə bəzədilmiş qadın bəzəyi. □ Gəlinlər həmaili.
3. Çələng. □ Pərşan ağlı-sarılı müxtəlif çöl güllərindən həmail qayıraraq arasına qırmızı lalələrdən naxış vurub boynundan asmışdı. (M.İbrahimov).
4. İnanca görə, gözdəymədən, xəstələnməkdən və s. qorunmaq üçün boyundan asılan dua, tilsim, pitik. □ Arxeoloji qazıntılar zamanı çoxlu həmail aşkar edilir.