1. Mənasız söz, boş söz, hədyan, söyüş. □ Bu hərzəvü hədyanlara kimlər qulaq asdı; Kim verdi bu axmaq sözə qiymət, uçitellər? (M.Ə.Sabir).
2. Sifət kimi: mənasız, boş, cəfəng, nalayiq. □ Hərzə sözün mərəzi gələr. (Atalar sözü).
3. Zərf kimi: mənasız, boş, cəfəng, nalayiq. □ Hərzə danışma, kişi, gözlə ədəb, zinhar! (M.Ə.Sabir).
4. Sifət kimi: boşboğaz, çərənçi, lağlağı, ağzıgöyçək, ağzıyava, hərzəgu. □ Kapitan hərzə adamlara məxsus bir əda ilə gülümsədi. (P.Makulu).