1. Ağacın bucaq şəklində ayrılmış gövdəsi və ya budağı, habelə haçalanmanın başlandığı yer; ümumiyyətlə, haça şəklində olan. □ Tut ağacının balkona enmiş haça budağı arasından sayrışan ulduzlar görünürdü. (İ.Hüseynov).
2. İsim kimi: ağacın bucaq şəklində ayrılmış gövdəsi və ya budağı, habelə haçalanmanın başlandığı yer. □ Alçaq əncir ağacının əyri haçasında oturan iki nəfər qara, yanıq oğlan uşağı bir-birinə püstə qabığı atırdı. (Mir Cəlal).
3. Məcazi mənada: üstüörtülü, ikibaşlı. □ Ataş .. haça mənanın fərqinə varmadan cavab verdi. (Ə.Vəliyev).