Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

halalca [halalca] sifət

1. Məcazi mənada: zəhmətlə, namusla, təmiz əməklə, qanuni yolla qazanılmış, əldə edilmiş. □ Hamıdan varlı ikən, hamıdan yoxsul oldum; Halalca dövlətimi haram etdi o, haram. (B.Vahabzadə).
2. İslam dininin ehkamlarına görə yeyilməsinə, işlədilməsinə və ya özünə mal edilməsinə icazə verilən; kəbinli, nikahlı, qanuni. □ ..Əşi, mən qızın halalca adaxlısı ola-ola hasarın bu tayında qalım, bir dələduzun birisi də o tayda olsun?! (Ü.Hacıbəyli).

Azərbaycan dilinin izahlı lüğəti