Reklam
Reklam

Tarix terminləri lüğəti

hambalalı ev

Azərbaycanda qədim yaşayış evi tipi.

H.E. iki tərəfə maili xüsusi dam örtüyü ilə səciyyələnir. Belə dam örtüyü qurmaq üçün divarın eni boyu iki tir – “hambala”, üstündən isə uzununa daha iki tir – “mil” qoyulur. Tirlərin aralarına pərdi döşənir, üstünə qamış və ya qarğı sərilir, torpaq tökülüb bərkidilir. H.E.-in divarları, adətən, daşdan tikilir, evin uzunluğu boyunca eyvan düzəldilir. Bu evlər, əsasən, Qarabağ bölgəsi üçün xarakterik sayılır, Şəki-Zaqatala bölgəsində də onlara rast gəlinir. Şirvan bölgəsində isə bənzər tikililər “şirvani ev” adlanır.

Tarix terminləri lüğəti