1. Yoxluq, fanilik, ədəm, mövcud olmama. □ Varlığı heçliyə mən dəyişərdim; Əgər bu dünyada sən olmasaydın. (B.Vahabzadə).
2. Məcazi mənada: yoxluq, fanilik, ədəm, mövcud olmama. □ Buludlar yığışır üstümə lay-lay; İçimdə bir boşluq, heçlik duyuram. (S.Vurğun).
3. Məcazi mənada: fəza, boşluq. □ Sağır göy altında gələrək vəcdə; Sonsuz bir heçliyə eylədi səcdə. (M.Müşfiq).
4. Məcazi mənada: mənasızlıq, boşluq, naçizlik, miskinlik. □ Sadıq da, Xəlil də “danabaşlıların” həyatının bütün heçliyini, mənasızlığını görür və dərk edir. (M.İbrahimov).