1. İnsanı və bitkiləri çıxmaqla hər cür canlı məxluq. □ Adamı sözündən tutarlar, heyvanı buynuzundan. (Atalar sözü).
2. Əhliləşdirilmiş dördayaqlı canlı məxluq. □ Ev heyvanları.
3. Yabanı, vəhşi canlı məxluq. □ Yırtıcı heyvanlar.
4. Məcazi mənada: adətən yazıq, fağır, zavallı, aciz uşaq haqqında deyilir. □ ..əbəs yerə heyvan uşağı bədbəxt eləməyiniz, qoyunuz gəlib oxusun. (N.Nərimanov).
5. Məcazi mənada: qanmaz, anlamaz, kobud, yaxud ağılsız, dərrakəsiz adam haqqında. □ Heyvanın biridir.
6. Vulqarizm. Bəzən söyüş məqamında işlənir. □ ..Görünür ki, heyvan balası dəllək hənanı pis yaxıbdır. (Ü.Hacıbəyli).