Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

hoqqar1

Bakı, Bərdə, Çənbərək, Gədəbəy, Goranboy, Kəlbəcər, Qazax

Uzun <adam>. □ Əhməd hoqqarın biridi (Kəlbəcər); Hoqqar adamın xəsyəti yava olor (Gədəbəy); Boran hoqqar adamdı (Bərdə).

hoqqar2

Borçalı, Qazax

Dovdağa bənzər quş adı. □ Hoqqar uzunboğaz, hündür bir quşdu, balıx yediyinnən balığudan da de:llər (Qazax); Hoqqar quşdu, dimdiyi, boynu uzun, qışdarı da uzun olur (Borçalı).

Azərbaycan dilinin dialektoloji lüğəti