1. Uzun müddət işlənməkdən dağılmış, xarab olmuş, yıpranmış, köhnəlmiş; nimdaş. □ Köhnə ayaqqabı. Köhnə palto. Köhnə araba. Köhnə stul. Köhnə pambıq bez olmaz, dul arvaddan qız olmaz. (Atalar sözü).
2. Çoxdan qalan (saxlanan). □ Köhnə çaxır. Köhnə sirkə.
3. Bundan öncə olan, əvvəlki, sabiq, keçmiş. □ Köhnə direktor. Köhnə rəis. Köhnə sədr.
4. Çoxdan qalma, keçmiş, çoxdan işlənən, indiyədək davam edən, keçmişə aid olan, vaxtı keçmiş. □ Köhnə üsul. Köhnə qayda.
5. Qədim, keçmiş dövrə aid, əski. □ Köhnə şəhər divarları. Köhnə bina. Köhnə abidələr.
6. Təcrübəli, qocaman, stajlı, dünyagörmüş, bir işdə çox işləyib bişmiş; bişkin. □ Köhnə müəllim. Köhnə xanəndə. Köhnə usta.
7. Yaşlı, qoca, yaşca daha böyük. □ Köhnə kişi. Köhnə qadın.
8. İsim kimi: yaşlı, qoca, yaşca daha böyük adam (əsasən cəmdə işlədilir). □ Köhnələrin fikri.
9. Çoxdankı, lap əvvəlindən, əski. □ Köhnə şəhərli. Köhnə tanış. Hər şeyin təzəsi, dostun köhnəsi. (Atalar sözü).
10. Mürtəce, vaxtı keçmiş, indiki dövrə uyğun gəlməyən. □ Köhnə fikir. Köhnə əqidə.
Həmçinin bax: