1. Öz xoşu ilə, öz razılığı ilə, öz istəyi ilə; qeyri-məcburi. □ Könüllü vergi. Könüllü əsgər. Könüllü dəstələr.
2. İsim kimi: bir işi öz xoşu, razılığı, istəyi ilə öhdəsinə götürən adam (adətən orduya könüllü gedənlər haqqında). □ Könüllülər batalyonu. Könüllülər komandası.
3. Zərf kimi: öz xoşu ilə, öz razılığı ilə, öz istəyi ilə; qeyri-məcburi. □ Hərbi çağırışı gözləmədən cəbhəyə könüllü gəlmişdi. (S.Vəliyev).
4. ...təbiətli, ...xasiyyətli, ...qəlbli, ...ürəkli (adətən qoşulduğu sözü səciyyələndirir). □ Rəssam könüllü. Şair könüllü.
5. İctimaiyyətin köməyi ilə təşkil olunub işləyən bəzi cəmiyyət adlarının tərkib hissəsi. □ Könüllü cəmiyyətlər. Yanğından müdafiə könüllü cəmiyyəti. Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti.