Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

küfr

ər. – örtmək

1. Tanrının varlığı və birliyi kimi dinin təməllərindən sayılan inanc­ları inkaretmə, dinsizlik.

2. Çıxışlarda, kütləvi nümayiş olunan əsər və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin, yaxud icmanın dini inanclarının, o cümlədən mü­qəd­dəslərinin qəsdən alçaldılması, təhqir edilməsi.

Belə hallar çox vaxt cəmiy­yət­də narazılıqlara, bəzən iğtişaşlara, habelə K.-ə yol vermiş jurnalistlər və yazıçıların cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Bunu nəzərə alaraq Avropa Şurasının Parlament Assambleyası 2007-ci ildə K. və dini hislərin təhqirinə dair üzv-ölkələrə tövsi­yələr qəbul edib. Həmin sənədə görə, K. cinayət əməli hesab olun­mamalıdır: əxlaqi-mənəvi dəyərlərlə qanunun tələbləri ara­sında fərq qoyul­malıdır. Hər hansı fikir, yaxud ifadə ancaq konkret şəxsə, yaxud insanlar qrupunun özünə qarşı yönəldildiyi halda təhqiramiz sayıla bilər. Odur ki milli qanunvericilik K.-ə görə deyil, yalnız KİV-də dözümsüzlük yayan, dini mənsubiyyət əsasında ayrı-seçkiliyə, ictimai asayişi ­poz­mağa, açıq zorakılığa ça­ğıran çıxışlara görə məsuliyyət nəzərdə tutmalıdır.  

3. Söyüş, nalayiq ifadə. 

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti