Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kəmərli1 [kəmərri] sifət

1. Belinə kəmər, qayış, belbağı və s. bağlamış; qurşaqlı. □ Gümüş kəmərli oğlan.
2. Belinə kəmər tikilmiş, belində kəməri olan. □ Kəmərli paltar.
3. Belində qurşaq, kəmər və s. olan; çənbərli. □ Kəmərli çəllək.

kəmərli2 [kəmərri] sifət

Zoologiya. Kəməri olan (soxulcan haqqında). □ Soxulcanların arasında qırmızımtıl kəmərli olanlarını tapıb, kəmərin 32-ci halqa ilə 37-ci halqa arasında yerləşdiyinə fikir verməli. (C.Cəbrayılbəyli).

kəmərli3 [kəmərri] sifət

Üzərində kəmər kimi çıxıntısı olan; tağlı. □ Kəmərli pəncərə.

Azərbaycan dilinin izahlı lüğəti