Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kabinə [k'abinə] isim fransız

1. Budka şəklində kiçik otaq. □ Səsvermə kabinəsi. Pilot kabinəsi. Yük maşınının kabinəsi. Telefon kabinəsi.
2. İdarə və müəssisələrdə məsul şəxslərin məşğuliyyəti üçün ayrılmış otaq; kabinet. □ Nazir onları öz kabinəsində qəbul etdi. (S.Hüseyn).
3. Hökuməti təşkil edən nazirlər heyəti; hökumət, kabinet. □ ..yerinə Tehran kabinəsinin məsləhəti ilə müavini Sərdar Rəşid təyin olundu. (M.S.Ordubadi).

Azərbaycan dilinin izahlı lüğəti