Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kafi [ka:fi] sifət ərəb

1. Kifayət edən, bəs edən, tələbi təmin edən. □ Kafi qədər. Kafi məbləğ.
2. Zərf kimi: kifayət edən, bəs edən, tələbi təmin edən. □ Tahir bu aləmin gözəlliyini başqasına da sevdirmək üçün sadə, tez-tez işlənən, adi sözlərin kafi olmadığını yalnız indi başa düşdü. (M.Hüseyn).
3. İsim kimi: tələbənin, şagirdin biliyinə verilən ən aşağı müsbət qiymət. □ Riyaziyyatdan “kafi” almaq.
4. Xəbər şəkilçisi ilə – bəsdir, yetər, kifayətdir. □ Mənzilimiz böyükdür, beş otaq bizə kafidir, ancaq ... burada mənim istədiyim süs yoxdur. (Y.V.Çəmənzəminli).

Azərbaycan dilinin izahlı lüğəti