Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kal [kal] sifət

1. Dəyməmiş, yetişməmiş, göy. □ Kal meyvə. Kal yemiş. Kal tut. Kal alça.
2. İsim kimi: dəyməmiş, yetişməmiş, göy şey. □ Almanın kalı.
3. Məcazi mənada: hələ yetişməmiş, inkişaf etməmiş. □ Almaniyanın İngiltərə-Fransa-Rus əleyhinə düzəltdiyi cahangirlik təşkilatı da hələ uşaqdır, kaldır, yetişməmişdir. (M.S.Ordubadi).
4. Məcazi mənada: tutqun, boğunuq (səs haqqında). □ Əsgərin qulağında Əlyarın kal səsi eşidildi. (S.Rəhimov).
5. Məcazi mənada: kütbeyin, gecanlayan. □ Kal adam.

Həmçinin bax:

frazeologizm: ayı kal armuda baxan kimi baxmaq frazeologizm: dəymişi dura-dura kalı tökülmək frazeologizm: kal armud frazeologizm: yuxudan kal oyanmaq (durmaq) Azərbaycan dilinin izahlı lüğəti