1. İdarənin, müəssisənin, təşkilatın və ya bir şəxsin yazı-pozu işlərini aparan adam. □ Dəftərxana katibi. Məhkəmə katibi. İdarə katibi. Yerli komitə katibi.
2. İclasın, yığıncağın və s.-nin protokolunu yazan şəxs. □ İclasın katibi.
3. Hər hansı bir təşkilatın seçilmiş rəhbəri. □ Katib dəstəyi qaldırıb, bir an qulaq asdıqdan sonra soyuqqanlıqla dedi: – Bəli, buraxın gəlsinlər. (Q.İlkin).
4. Hər hansı bir idarənin təşkilat və icra şöbəsinin başında duran şəxs. □ Qəzet redaksiyası katibi. Jurnalın katibi.
5. Yazan, yaxşı qələmi olan. □ Mən aşıq, yaza dərdim; Katib yox, yaza dərdim; Fəqir bülbüllər kimi; Qalıbdır yaza dərdim. (Sarı Aşıq).
Həmçinin bax: