Redaksiyada yaradıcılıq fəaliyyətinin planlaşdırılmasını həyata keçirən, habelə təşkilati işlərin icrasına rəhbərlik və nəzarət edən mərkəz.
K., adətən, mətbu KİV-də yaradılır. Onun vəzifələrinə nəşrin hər sayının planlaşdırılması mərhələsindən başlayaraq buraxılış işıq üzü görənədək bütün prosesləri nəzarətdə saxlamaq, redaksiya tapşırıqlarının vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək daxildir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti