Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

keçən [keçən] sifət

1. Bundan əvvəlki, ötən, cari, axırıncı, sonuncu. □ Keçən il. Keçən həftə.
2. Keçmiş, keçib getmiş, vaxtilə olmuş, keçmiş hadisə. □ Keçən günə gün çatmaz. (Atalar sözü).
3. Zərf kimi: keçənlərdə, keçənlərdən, keçənlər şəklində (bəzən “bu” sözü ilə) – keçmişdə,keçmişdən, keçmiş, olmuş şeylər. □ Ürək deyir: Zaman, keçmə, amandur; Keçənlərdə gözüm var, bir dayan, dur! (M.Şəhriyar). Bu keçənlərdə ingilis əfsərləri Misirdə nə səbəbdən isə güllələr atıb, məhəlli əhalidən bir neçəsini vurubdurlar. (Ü.Hacıbəyli).

Azərbaycan dilinin izahlı lüğəti