Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kiçilmək [kiçilməx'] feil

1. Həcmcə, miqdarca, ölçücə daha kiçik olmaq; azalmaq, balacalaşmaq, xırdalanmaq. □ ..Başın çanağı nazikləşib kiçildikcə beyin də zəifləməyə və kiçilməyə başlayır. (C.Məmmədquluzadə).
2. Getdikcə kiçik görünmək, balacalaşmaq. □ Müəllim uzaqlaşdıqca kiçilir, kiçildikcə fərq edilməyəcək bir hal alırdı. (S.Hüseyn).
3. Məcazi mənada: vəzifəcə, rütbəcə alçalmaq; hörmətdən, nüfuzdan düşmək. □ Sən kiçilsən də, böyüsən də; Hətta qopsa zülmət; Yenə parlar o zəka!.. (H.Cavid).
4. Məcazi mənada: yaltaqlanmaq, özünü alçaltmaq, alçalmaq. □ O, divanxanada hər kəsə kiçilir, hər kəsin üzünə gülür.. (H.Nəzərli).

Həmçinin bax:

frazeologizm: gözündə kiçilmək (balacalaşmaq) Azərbaycan dilinin izahlı lüğəti