1. Bir-birinə qarışmış, dolanmış, pırtlaşıq saç, tük, yun, sap, ip və s. □ Saçı kilkə kimi pırtlaşmaq.
2. Sifət kimi: bir-birinə qarışmış, dolanmış, pırtlaşıq olan. □ Kilkə saç. Kilkə ip.
3. Yun və ya saç darandıqda ondan çıxan qırıntı. □ Yun atıldıqca didilir, kilkəsi çıxır.
4. Mürəkkəbqabı, qəlyan və s.-nin içərisinə qoyulan tük.
Zoologiya. Siyənəkkimilər ailəsinə mənsub xırda balıq növü.
Azərbaycan dilinin izahlı lüğəti