Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kim1 [kim] əvəzlik

1. Cümlədə sual mənasında işlənib, insan adlarını və insan təsəvvürü verən varlıqların adlarını əvəz edir; hansı adam. □ Kim gəlib? O sözü kim dedi? Bu gün kim növbə çəkəcək?
2. İki və daha artıq cümləni qarşılaşdırdıqda bölgü bildirmək üçün işlədilir. □ Deyən kimi, eşidən kim.
3. İnkarlıq bildirən feillərlə işlənib, “heç kəs” sözünü əvəz edir. □ Kim duymamış ilıq səhərlərin dadını? (R.Rza).
4. “Hər kəs” sözünü əvəz edir. □ Xıdırlı kəndində bir qayda var. Gecə əvvəlcə kimin qapısını döysən, gərək orada gecələyəsən. (S.Rəhman).
5. “Adam”, “tanış”, “qohum”, “dost” mənalarında işlənib, inkar feili cümlələrdə təsdiq, təsdiq feili cümlələrdə inkar məzmunu yaradır. □ Burada sənin kimin var? Onun kimi yoxdur?
6. Cümlədə müəyyən şəxslər haqqında eyham və işarə məzmunu ifadə edir (əsasən cəmdə işlədilir). □ Erməni-müsəlman qırğınının kimlər tərəfindən və nə üçün yaradıldığını ifşa etməkdə böyük rol oynamışdır. (M.İbrahimov).
7. Kimlərdənsən, kimlərdəndir və s. şəklində – “hansı nəsildənsən” (“nəsildəndir”), “qohumların (qohumları) kimdir” və s. mənalarında sual məqamında işlədilir. □ Ay bala, kimlərdənsən? Qız kimlərdəndir?

kim2 [kim] bağlayıcı

Arxaizm. "Ki" bağlayıcısının klassik ədəbiyyatda işlənən forması. □ Xoş ol kəsə kim; Vel dolanıb, dağda çobandır; Asudə hamandır. (M.Ə.Sabir).

Həmçinin bax:

əvəzlik: heç kim frazeologizm: kim kimədir frazeologizm: kimin əlinin kimin cibində olduğu bilinməmək Azərbaycan dilinin izahlı lüğəti