1. Kinofilmlər hazırlamaq və onları nümayiş etdirmək sənəti. □ Hələ 1927-1928-ci illərdə Cabbarlı kino sənəti ilə maraqlanmağa başlamışdı. (M.Arif).
2. Sənayenin kinofilmlər istehsal edən sahəsi.
3. Ekranda göstərilmək üçün kinoşəkil. □ Kino göstərmək.
4. Kinofilmləri tamaşaçılara göstərmək üçün xüsusi bina. □ ..sonra bulvardakı “Yeni kənd” kinosuna gedib hazırkı həyatdan alınmış faciəyə tamaşa etmişlərdi. (S.Hüseyn).
Qeyd: kino... Kinematoqrafiya ilə bağlı olan mürəkkəb sözlərin birinci tərkib hissəsi. Məsələn; kinoxronika, kinojurnal, kinooçerk, kinooperator.
Həmçinin bax: