1. Paltarın yaxasına, qoluna, ətəyinə və s.-yə başqa parçadan tikilən ensiz haşiyə və s. □ Birisi soruşurdu: – Çəhrayı paltara yaşıl köbə qoysan necə olar? (Ə.Vəliyev).
2. Ümumiyyətlə, bir şeyin ətrafına çəkilən haşiyə; fırça ilə qabların kənarlarına çəkilən nazik zolaq və ya mil.
3. Botanika. Yarpaqların saplağının budaqdan ayrılan yerində, budağa bitişik olan balaca, incə pərdə.