Cazibə qüvvələrinin (molekullararası qarşılıqlı təsir qüvvələri, hidrogen rabitəsi qüvvələri, kimyəvi rabitə qüvvələri) təsiri ilə cisim molekullarının (atomlarının, ionlarının) bir-birinə ilişməsi.
Bu qüvvələr maddənin fiziki və fiziki-kimyəvi xassələrini, aqreqat halını, uçuculuğunu, həllolma qabiliyyətini, mexaniki xassələrini və s.-ni müəyyən edir. Molekullararası və atomlararası qarşılıqlı təsirin intensivliyi (K. qüvvələri) məsafə böyüdükcə sürətlə azalır. Buna görə bərk cisim və mayelərdə K. böyük, qazlarda isə çox cüzidir. Molekullararası qarşılıqlı təsirin intensivlik ölçüsü K. enerjisinin sıxlığıdır. O, qarşılıqlı cazibədə olan molekul və ya atomları bir-birindən sonsuz uzaq məsafə qədər aralamaq (praktikada maddəni buxarlandırmaq və ya sublimasiya etdirmək) üçün sərf olunacaq işə ekvivalentdir.
Fizika terminlər lüğəti