Dağlıq ərazilərin çay vadilərində və dərələrdə təsadüf olunan ilan növü.
İnsanlara yaxın olan yerlərdə – xarabalıqlarda, qəbristanlıqda, suvarılan torpaqların arxları boyu, həmçinin kəndlərdə məskunlaşırlar. Bu ilan heç bir yerdə çoxlu sayda olmur. Hətta ən əlverişli yerlərdə, gün ərzində 2-3 ilan təsadüf edilir. Onların yemi suda-quruda yaşayanlar, quş yumurtaları və kiçik gəmiricilərdir. O.A.K.-nın zəhəri çox güclüdür. Dişləmə zamanı digər canlılara neyrotoksik təsir göstərir və bir müddətdən sonra tənəffüs mərkəzinin iflici nəticəsində canlı məhv olur.
Biologiya terminlərinin izahlı lüğəti