Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kombinasiya [k'ambinasiya] isim latın

1. Müxtəlif və ya eynicinsli şeylərin bu və ya başqa qayda üzrə düzülüşü, birləşdirilməsi. □ Rəqəmlərin kombinasiyası. Səslərin kombinasiyası.
2. Məcazi mənada: bir məqsədə çatmaq üçün işlədilən mürəkkəb üsullar sistemi, kələkbazlıqla qurulan işlər, hadisələr. □ Bütün bu kombinasiya da ancaq sənə aparatda yer eləməkdən ötrüdür. (İ.Hüseynov).
3. İdman. Oyunda üstünlük, qələbə əldə etmək üçün tətbiq edilən cürbəcür üsullar, tədbirlər. □ Şahmat kombinasiyası. Futbolçuların kombinasiyası. Kombinasiya düzəltmək.
4. Paltarın altından geyilən uzun köynək şəklində alt qadın paltarı. □ İpək kombinasiya. Qara kombinasiya.

Azərbaycan dilinin izahlı lüğəti