1. Ədəbiyyatşünaslıq. Gülməli, məzəli, yaxud satirik məzmunlu dram əsəri. □ “Şamdan bəy” komediyası.
2. Ədəbiyyatşünaslıq. Bu cür əsərin səhnə tamaşası. □ Qədim vaxtlarda komediyanı yunanilər gülüş üçün çıxardardılar. (N.Nərimanov).
3. Məcazi mənada: gülməli, əyləncəli hadisə haqqında. □ Bu lap komediya oldu.
4. Məcazi mənada: hər hansı bir məqsədlə özünü bu və ya başqa rolda göstərmə; riyakarlıq, ikiüzlülük.