Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kor [kor] sifət

1. Görmək qabiliyyətini itirmiş, gözü görməyən. □ Kor uşaq. Kor qoca. Gözü kor olana eynək kömək etməz. (Atalar sözü).
2. İsim kimi: kor adam. □ Korlar məktəbi. Korlar üçün əlifba.
3. Zəif görən, gözü pis görən.
4. Məcazi mənada: ətrafdakı hadisələri, işləri görməyən, dərk etməyən, başa düşməyən, hiss etməyən. □ Mənim gözüm kor deyil. Aşiq olan kor olar. (Atalar sözü).
5. Məcazi mənada: küt, qanmaz, anlamaz, cahil. □ Savadsız, elmsiz insan kordur.
6. Məcazi mənada: qatı, kəsif, bərk. □ Getdikcə ətraf dərələr kor dumanla doldu. (S.Rəhimov).
7. Məcazi mənada: aydın olmayan, bəlli olmayan, yaxşı seçilməyən; zəif. □ Kor işıq.
8. Qoşulduğu sözlərə pislik, məşumluq məfhumu verir. □ Kor tale. Kor qüvvələr.
9. Məcazi mənada: çıxış yolu olmayan, ardı kəsik olan. □ Kor xətt. Kor küçə.
10. Məcazi mənada: pəncərəsi olmayan, pəncərəsiz. □ Evin kor divarı.
11. Qaranlıqda, dumanlı havada yalnız cihazların köməyi ilə icra edilən. □ Kor uçuş. Təyyarənin kor enişi.

Həmçinin bax:

frazeologizm: aybına kor olmaq frazeologizm: babam mənə kor deyib, hər yetənə vur deyib frazeologizm: burda mənəm, Bağdadda kor xəlifə frazeologizm: eybinə kor olmaq frazeologizm: isinmədik istisinə, kor olduq tüstüsünə frazeologizm: işığa kor baxım frazeologizm: kor atı minib köndələn çapmaq frazeologizm: kor əlinə ağac vermək frazeologizm: kor qalmaq (olmaq) frazeologizm: kor qoymaq frazeologizm: korlar şəhərində ayna satmaq frazeologizm: ocağı kor qalmaq frazeologizm: ocağını kor qoymaq (söndürmək) frazeologizm: sağlığında kor Fatma, öləndə badamgözlü frazeologizm: taleyini kor qoymaq frazeologizm: yurdu kor qalmaq coğrafiya: kor mənsəbli çaylar Azərbaycan dilinin izahlı lüğəti