Reklam
Reklam

Tarix terminləri lüğəti

kordelyerlər

fr. Cordeliers

Böyük Fransa inqilabı dövründə mövcud olmuş, rəsmən “İnsan və vətəndaş hüquqları cəmiyyəti” adlanan siyasi klubun üzvləri.

Klub 1790-cı ilin iyulunda yaranıb və yığıncaqları Parisdəki Kordelyer monastırında keçirildiyi üçün bu adla tanınıb. J.Marat, J.Danton, J.Eber və digər siyasətçilərin üzv olduqları K. klubu 1791-ci ilin yayından respublika hərəkatına başçılıq edib, 1792-ci il 10 avqust üsyanından sonra isə jirondistlərə qarşı mübarizənin önündə gedib. 1793-cü ilin sonu – 1794-cü ilin əvvəlində K. klubu eberçilərin (sol yakobinçilər) mərkəzinə çevrilib. 1794-cü ilin martında eberçilərin darmadağın edilməsi ilə onun da fəaliyyətinə son qoyulub.

Tarix terminləri lüğəti