Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kub1 [k'ub] isim yunan

1. Bütün üzləri kvadrat olan altıüzlü cisim.
2. Riyaziyyat. Hər hansı bir kəmiyyətin özünə üç dəfə vurulmasından alınan hasil. □ 2 rəqəminin kubu 8-ə bərabərdir.

3. Riyaziyyat. Eni, uzunu və hündürlüyü metrlə hesablanan həcm ölçüsü. □ İki kub odun.

kub2 [k'ub] isim yunan

Maye qaynatmaq və ya distillə etmək üçün şar, ya silindr şəkilli qab.

Azərbaycan dilinin izahlı lüğəti