Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kuplet [k'uplet] isim fransız

1. Şerin, mahnının iki, dörd və daha artıq misradan ibarət qitəsi, bəndi. □ İki kuplet şeir. Mahnıdan bir kuplet oxumaq.
2. Məişət və ya siyasi mövzuda, adətən, təkrar olunan nəqərat şəklində satirik və ya yumoristik kiçik mahnı (əsasən estradada oxunur). □ Mahnı musiqisinin yaxşı yadda qalmasının bir səbəbi də odur ki, mahnı, adətən, kuplet formasında olur. (Ə.Bədəlbəyli).

Azərbaycan dilinin izahlı lüğəti