Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kustar [k'ustar] isim rus

1. Əl üsulu ilə mal istehsal edən sənətkar, peşəkar. □ Zeynal ilə Əziz bir-iki nəfər dərzini, başmaqçını və dəzgah qurub özü üçün işləyən bir neçə nəfər kustarı da çağırmaq istəmişdilərsə də... (Ə.Əbülhəsən).
2. Sifət kimi: əl üsulu ilə mal istehsal edən. □ Kustar emalatxanası.
3. Sifət kimi: fabrikdə deyil, əl üsulu ilə istehsal edilmiş, hazırlanmış. □ Kustar məmulatı.
4. Sifət kimi məcazi mənada: primitiv, ibtidai, qeyri-kamil.

Azərbaycan dilinin izahlı lüğəti