1. Odlu silahların gülləyə, mərmiyə lazımi istiqamət verən boruşəkilli hissəsi. □ Topun lüləsi.
2. Boru (silindr) şəklində yuvarlanmış, lülələnmiş şey. □ Kağız lüləsi. Bir lülə müşəmbə.
3. Anatomiya. Qolda, qıçda boru şəklində içiboş sümük. □ Sağ qolumun lüləsini sındırmışdı. (H.Nəzərli).
4. Döyülmüş ətdən bişirilən lülə şəklində kabab.