Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ləkə [ləkə] isim

1. Ləkələyici bir şeyin səth üzərində buraxdığı iz. □ Qan ləkəsi. Yağ ləkəsi. Mürəkkəb ləkəsi. Paltarındakı ləkəni silmək.
2. Bədənin müxtəlif yerlərində hər hansı bir səbəbə görə əmələ gələnrəng dəyişikliyi. □ Üzünə ləkə düşmək. Əlinin üstündə ləkələr var. Gözündə ləkə var.
3. Məcazi mənada: adamı ləkələyən, rüsvay edən, alçaldan şey; rüsvayçılıq, biabırçılıq, şərəfsizlik. □ Dul arvad ağ kalağayıdır toxunma, ləkə düşər. (Atalar sözü).

Həmçinin bax:

jurnalistika: ağ ləkə frazeologizm: ləkə düşmək frazeologizm: ləkə gətirmək frazeologizm: ləkə salmaq frazeologizm: ləkə vurmaq (yaxmaq, atmaq) frazeologizm: ləkəni silmək frazeologizm: ləkəni yumaq coğrafiya: günəş ləkələri Azərbaycan dilinin izahlı lüğəti