Reklam
Reklam

Tarix terminləri lüğəti

ləkzlər

Orta əsr ərəb mənbələrində ləzgilərin adı.

Onlar barəsində İbn Xordadbeh, əl-Məsudi, əl-Qərnati, Yaqut Həməvi və b. müəlliflərin əsərlərində məlumat verilir. L. Kuraxçay, Çıraqçay və Samur çaylarının hövzələrini əhatə edən tarixi Ləkz vilayətində yaşayıblar və adları da buradan götürülüb.

Tarix terminləri lüğəti