1. Qırmızı rəngli qiymətli daş. □ Qasid badəni içdi. Ləli öpüb cibinə qoydu. (“Koroğlu”).
2. Məcazi mənada: qırmızı şeylərə, xüsusən yanağa, dodağa və s.-yə işarə. □ Dişlədimsə ləlin, ey qanım tökən, qəhr eyləmə; Tut ki, qan etdim, ədalət eylə, qanı qanə tut. (M.Füzuli).
3. Məcazi mənada: saf, şəffaf şey haqqında. □ Barmaqlarımı kəsərəm, əgər əkdiyim tənəklər üstü dolusu ləl gətirməsə. (B.Bayramov).